“Səbail” ukraynalı qapıçı ilə YENİ MÜQAVİLƏ imzaladı
06 may 2019 16:13 (UTC +04:00)

“Səbail” ukraynalı qapıçı ilə YENİ MÜQAVİLƏ imzaladı

Topaz Premyer Liqasının bürünc mükafatçısı olan “Səbail” ukraynalı qapıçısı Aleksandr Rıbka ilə yeni müqavilə imzalayıb.
 
ONA-nın məlumatına görə, 32 yaşlı əlcək sahibi daha iki il paytaxt təmsilçisinin formasını geyinəcək.
 
Qış fasiləsində “Səbail”ə keçən A.Rıbka öncədən mövsümün sonuna qədər müqavilə imzalamışdı. O bu müddətdə keçirdiyi 11 oyunda 13 top buraxıb.
 
“Qəbələ” ilə matçda dizindən zədə alan qapıçı əməliyyat olunub. Qolkiper bu səbəbdən mövsümü başa vurub. 
# 1514
avatar

Oxşar yazılar