<b>Nazirlik qəzaya düşən idmançı məktəblilərlə bağlı məlumat yaydı</b>
06 may 2019 15:22 (UTC +04:00)

Nazirlik qəzaya düşən idmançı məktəblilərlə bağlı məlumat yaydı

Təhsil Nazirliyinin nümayəndəsi Salyan Rayon Mərkəzi Xəstəxanasında müalicə alan şagirdlərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb.

Lent.az xəbər verir ki, bu barədə açıqlamanı Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov yayıb.

Qeyd edək ki, Salyan rayonu ərazisində Gənclər və İdman Nazirliyinin tabeliyində olan Şirvan şəhər Uşaq-Gənclər İdman məktəbinin idmançılarını daşıyan mikroavtobus qəzaya uğrayıb.

Qəza zamanı Şirvan şəhəri 16 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi İlkin Əhmədov dünyasını dəyişib, xəsarət alan 8 nəfər isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 4 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, digər 2 nəfərin vəziyyəti normaldır və həmin xəstəxanada müalicələri davam etdirilir. 1 nəfər isə kəllə-beyin travması ilə Bakı şəhərinə gətirilib.

 

 

 

 

 

 

 

# 853
avatar

Oxşar yazılar