Ərəbdilli əlyazmalar kataloqunun IV cildi çapdan çıxdı
06 may 2019 15:04 (UTC +04:00)

Ərəbdilli əlyazmalar kataloqunun IV cildi çapdan çıxdı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan ərəbdilli yazılı abidələrin IV cild kataloqu rus dilində çapdan çıxıb. 
 
ONA-nın məlumatına görə, kataloqa XIV-XX əsrlərdə müxtəlif şərq ölkələrində köçürülmüş 590 əlyazmanın təsviri daxildir. 
 
Əlyazmalar elmin müxtəlif sahələrini – qrammatika, ədəbiyyatşünaslıq, fiqh, tarix, poetika, fəlsəfə və astronomiyanı əhatə edir. 
 
Kataloq kitabının tərtibçisi filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifov, elmi redaktoru akademik Teymur Kərimlidir.
# 1209
avatar

Oxşar yazılar