Qəbul imtahanları başlayır
06 may 2019 13:05 (UTC +04:00)

Qəbul imtahanları başlayır

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanı  keçirəcək. Bu barədə Lent.az-a DİM-dən bildirilib.

Verilən məlumata görə, qəbul imtahanında iştirak edəcək abituriyentlər bu gündən  "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak / linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. 

Şəxsiyyət vəsiqəsində şəkli olmayan  abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı  da (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.

# 1193
avatar

Aygün İbrahimli

Oxşar yazılar