[b]<span style="color:red;">AVİAQƏZADA  çoxlarının ölümünə səbəb bu imiş – <span style="color:red;">İLKİN AÇIQLAMA [/b]
06 may 2019 11:44 (UTC +04:00)

[b]AVİAQƏZADA çoxlarının ölümünə səbəb bu imiş – İLKİN AÇIQLAMA[/b]

“Şeremetevo” hava limanında qəza zamanı ölənlərin əksəriyyəti təyyarənin salonu yanarkən kəskin tüstüdən zəhərlənib 
 
Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarından bildirilib.
 
"Ölüm səbəbləri ətraflı araşdırılacaq, lakin görünür ki, salonda qalanların əksəriyyəti zəhərlənmədən ölüb", - mənbə vurğulayıb.
 
Əlavə olaraq qeyd edilib ki, dünyasını dəyişən sərnişinlərin əksəriyyətində şiddətli termal yanıqlar aşkarlanıb.
 
Bütün bunlara baxmayaraq, tanınmaz hala düşmüş yanan cəsədlərin kimliyi genetik müayinə ilə bəlli olacaq.
 
# 1171
avatar

Oxşar yazılar