Lavrov amerikalı həmkarı ilə Venesuela böhranını müzakirə edəcək
06 may 2019 08:38 (UTC +04:00)

Lavrov amerikalı həmkarı ilə Venesuela böhranını müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Amerika xarici işlər naziri Mayk Pompeo ilə görüşəcək. 
 
ONA vesti.ru-ya istinadla xəbər verir ki, görüşdə əsas mövzulardan biri Venesueladakı siyasi böhranla bağlı olacaq.
 
Görüş 6-7 may tarixlərində Finlandiyada keçiriləcək Arktika Şurası nazirlərinin sessiyası çərçivəsində baş tutacaq.
 
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri daha əvvəl mətbuat konfransında bildirmişdi ki, Moskva Maduronun ölkənin yeganə qanuni lideri olduğunu bəyan edir və münaqişə siyasi dialoq yolu ilə həll edilməlidir.
 
Sergey Lavrov əlavə edib ki, ABŞ-ın həyata keçirdi siyasət Latın Amerikası ölkələrinə  tam hörmətsizlikdir.
# 857
avatar

Oxşar yazılar