<b>Moskva-Bakı aviareysi üzrə uçuş həyata keçirilib - <span style="color:red;">YENİLƏNİB </b>
06 may 2019 02:52 (UTC +04:00)

Moskva-Bakı aviareysi üzrə uçuş həyata keçirilib - YENİLƏNİB

Artıq "Şeremetevo" hava limanında Moskva-Bakı aviareysi üzrə uçuş həyata keçirilib.
 
ONA-nın Moskva bürosunun verdiyi xəbərə görə, uçuş Moskva vaxtı ilə 00:40-da baş tutub.
 
"Şeremetevo" hava limanının onlayn elektron tablosunda da Moskva-Bakı aviareysi üzrə təyyarənin 00:40-da havaya qalxdığı əks edilib.
 
Qeyd edək ki, sözügedən aviareysin uçuş qrafikinə dəyişiklik "Şeremetevo"da baş vermiş məlum qəza səbəbindən edilib.
 
 
 
01:32
 
 
 
"Şeremetevo" hava limanında baş verən qəza səbəbindən Moskva-Bakı aviareysi gecikmə ilə həyata keçiriləcək.
 
ONA-nın Moskva bürosunun verdiyi xəbərə görə, bu barədə "Şeremetevo" aeroportunun onlayn tablosunda məlumat yerləşdirilib.
 
Bu gün saat 23:50-də uçmalı olan Moskva-Bakı istiqaməti üzrə "Su-1852" saylı reysin 00:40-da həyata keçirilməsi gözlənilir.
 
 
 
00:17
 
Rusiyanın "Şeremetevo" hava limanından bu gecə planlaşdırılan Moskva-Bakı aviareysinin vaxtında həyata keçirilməsi gözlənilir.
 
ONA- nın Moskva bürosunun verdiyi məlumata görə, "Şeremetevo" aeroportunda baş vermiş aviaqəza ilə bağlı onlarla reys gecikmə  ilə həyata keçirilir.
 
Bu gün yerli vaxtla saat 23:50-də olan "Su 1852" saylı Moskva-Bakı aviareysi öz vaxtında həyata keçiriləcək.
 
"Şeremetevo" hava limanından məlum reyslə Bakıya uçmağa hazırlaşan sərnişinlərin ONA-ya verdiyi məlumata görə, uçuşa qeydiyyatda heç bir problem olmayıb. Qəzanın baş verdiyi ərazi B terminalına aiddir. Moskva-Bakı aviareysi isə E terminalından həyata keçirilir.
# 1456
avatar

Oxşar yazılar