Vladimir Putin təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib
06 may 2019 00:08 (UTC +04:00)

Vladimir Putin təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib

Rusiya Prezidenti Vladimir Putin “Şermetyevo” hava limanında baş vermiş qəza nəticəsində həlak olanların ailə üzvlərinə başsağlığı verib.
 
ONA “RİA Novosti”-yə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib: “Prezident Vladimir Putin məlum qəzada ölənlərin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir”.
 
Qeyd edək ki, Moskva-Murmansk reysilə hərəkətdə olan təyyarənin qəza enişi nəticəsində 13 nəfər ölüb, 6 nəfər yaralanıb. Təyyarədə 73 sərnişin, 5 ekipaj üzvü olub.
# 1386
avatar

Oxşar yazılar