[b]Təyyarəsi məcburi eniş edən Yunanıstan prezidenti səfərə avtomobillə davam etdi[/b]
05 may 2019 23:43 (UTC +04:00)

[b]Təyyarəsi məcburi eniş edən Yunanıstan prezidenti səfərə avtomobillə davam etdi[/b]

“Sheremetevo” hava limanındakı məlum qəzadan öncə Yunanıstan prezidenti  Prokopis Pavlopulosun təyyarəsi bədbəxt hadisə ilə üzləşəcəkdi.
 
ONA-nın Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, əlverişsiz hava şəraiti üzündən prezident səfərini təyyarə ilə başa vura bilməyib.
 
Hanya şəhərinə gedən prezident P.Pavlopulosun təyyarəsi Krit adasının qərbində yerləşən İraklion şəhərində məcburi eniş edib. O, səfərini avtomobillə davam etdirməli olub. 
 
Qeyd edək ki, bir neçə gündür ki, Yunanıstanda güclü külək və qeyri-sabit hava şəraiti hökm sürür. Bu səbəbdən Afina və Hanya şəhərlərində bir neçə reys təxirə salınıb.
# 1462
avatar

Oxşar yazılar