[b]Qəzza Zolağında GƏRGİNLİK: iki gündə 3 israilli, 16 fələstinli həlak oldu [/b]
05 may 2019 20:45 (UTC +04:00)

[b]Qəzza Zolağında GƏRGİNLİK: iki gündə 3 israilli, 16 fələstinli həlak oldu [/b]

Şənbə günündən bəri İsrail ordusunun Qəzza Zolağına endirdiyi raket zərbələrindən ölən fələstinlilərin sayı 16-ya çatıb.
 
ONA-nın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, həlak olanlar arasında bir hamilə qadın və onun 14 aylıq qızı da olub. 
 
Fələstin silahlı qruplaşmalarının endirdiyi atəş zərbələri nəticəsində isə İsrail tərəfindən 3 nəfər dünyasını dəyişib, onlardan biri fələstin əsillidi.
# 1525
avatar

Oxşar yazılar