Kirayə bazarında bahalaşma - <span style="color:red;">SƏBƏB
05 may 2019 12:30 (UTC +04:00)

Kirayə bazarında bahalaşma - SƏBƏB

 
 
“Aprel ayında tədbirlərlə bağlı olaraq kirayə mənzil bazarlarında bahalaşma oldu”.
 
Bu sözləri Lent.az-a açıqlamasında "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib. 
 
O bildirib ki, paytaxtda yerindən və zonasından aslı olaraq kirayə bazarında bahalaşma 5-8 faiz müşahidə olunub:
 
“Bu həm havaların istiləşməsi ilə, həm də keçirilən tədbirlərlə bağlı oldu. Bundan qabaq kirayə mənzil bazarında bahalaşma Novruz bayramı ərəfəsində olmuşdu.
 
Kirayə bazarında qiymətlərin ucuzlaşması isə tədris ilinin başa çatmasından sonra olacaq. Buna səbəb isə tələbələrin kirayə tutduqları mənzilləri təhvil verməyə başlamaları  olacaq ki, bunun sayəsində də paytaxtda boş mənzillərin sayı artacaq”.
 
N.İbrahimov əlavə edib ki, kirayə bazarı üçün mövsümü aylar mart, aprel, həmçinin avqust, sentyabr və oktyabr aylarıdır.
# 2289
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar