[b]"Tottenhem"dən ardıcıl 3-cü məğlubiyyət - eyni hesabla[/b]
04 may 2019 18:20 (UTC +04:00)

[b]"Tottenhem"dən ardıcıl 3-cü məğlubiyyət - eyni hesabla[/b]

İngiltərə Premyer Liqasında 37-ci turun daha bir oyunu keçirilib.
 
Lent.az qol.az-a istinadla bildirir ki, Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan "Tottenhem" səfərdə "Bornmut"un qonağı olub. London klubu ötən tur çempionatda, 4 gün öncə isə Çempionlar Liqasının yarımfinal mərhələsinin "Ayaks"la ilk oyununda olduğu kimi yenə minimal hesabla məğlub olub.
 
 
4 may
 
"Bornmut" - "Tottenhem" - 1:0
Qol: N. Ake, 90+1
 
Qeyd edək ki, 37 turdan sonra 70 xalı olan "Tottenhem" 3-cü pillədə qərarlaşıb. "Bornmut" isə 45 xalla 12-cidir. Turnir cədvəlinə isə 92 xalla "Mançester Siti" başçılıq edir. "Şəhərlilər"i 91 xalla "Liverpul" izləyir.
# 1902
avatar

Oxşar yazılar