“Facebook” istifadəçilərə reklama baxış üçün ödəniş etməyi planlaşdırır
04 may 2019 19:46 (UTC +04:00)

“Facebook” istifadəçilərə reklama baxış üçün ödəniş etməyi planlaşdırır

“Facebook” sosial şəbəkəsi istifadəçilərə reklama baxışa görə ödəniş etmək üçün öz kriptovalyutasını yaratmaq imkanını nəzərdən keçirir. Bu haqda öz mənbələrinə istinadən “The Wall Street Journal” yazıb.
 
Lent.az “ictnews”a istinadən bildirir ki,  “Facebook” rəhbərliyi bu üsulla istifadəçilərin aktivliyini artırmağı planlaşdırır.
 
Nəşrin məlumatına görə, “Facebook”un nümayəndələri bu məqsədlə “Visa” və “Mastercard” ilə danışıqlar aparırlar. Layihə “Project Libra” adlandırılıb.
# 2078
avatar

Oxşar yazılar