<b>Sabahdan bu marşrutların istiqaməti dəyişir - <span style="color:red;">SİYAHI </b>
04 may 2019 14:16 (UTC +04:00)

Sabahdan bu marşrutların istiqaməti dəyişir - SİYAHI

Mayın 5-də “Bakı Marafonu-2019”un keçirilməsi ilə əlaqədar bəzi müntəzəm marşrut xətlərinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək. Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

 

Verilən məlumata görə, bununla əlaqədar, 1, 2, 4, 13, 21, 30, 32, 36, 38, 46, 49, 60, 62, 175, 184, H1 (Hava Limanı – “28 May” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti müvəqqəti olaraq alternativ küçələrdən təşkil ediləcək.

 

 

 

 

# 2131
avatar

Aygün İbrahimli

Oxşar yazılar