<b>"Ankara S-400 almağa davam edərsə..." - <span style="color:red;">ABŞ-ın müdafiə naziri </b>
04 may 2019 14:54 (UTC +04:00)

"Ankara S-400 almağa davam edərsə..." - ABŞ-ın müdafiə naziri

 
ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan Ankara Rusiyanın S-400 raket sistemini almaq planlarını davam etdirirsə, ABŞ-ın Türkiyədə F-35 döyüş təyyarəsi istehsalına dəstək verməyəcəyini bildirib. ONA-nın "Sputnik" xəbər saytına istinadən verdiyi məlumata görə, bunu ABŞ rəsmisi jurnalistlərə açıqlamasında deyib.
 
"Əgər Türkiyə S-400 sistemini almağa davam etdirsə, biz işi Türkiyədə dayandırmalı olacağıq", - deyə Patrik Şanahan qeyd edib.
 
O, Türkiyənin S-400 sistemini satınalma planlarına davam etdirəcəyi təqdirdə, ABŞ-ın aerokosmik istehsalçıları – “Lockheed Martin” və “United Technologies” şirkətlərinin nümayəndələri ilə mümkün variantları müzakirə edəcəyini bildirib.
# 1861
avatar

Oxşar yazılar