4 ayda əlilliyi olan şəxslərə 10135 reabilitasiya vasitəsi verilib
04 may 2019 13:20 (UTC +04:00)

4 ayda əlilliyi olan şəxslərə 10135 reabilitasiya vasitəsi verilib

Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi 3691 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib. Onlardan 425 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.
 
Bu barədə Lent.az-a ƏƏSMN-dən bildirilib.
 
Məlumata görə, qeyd olunan dövrdə Mərkəz tərəfindən əlilliyi olan şəxslərə 470 əlil arabası, 356 aşağı və yuxarı ətraf, habelə döş protezi, 389 aşağı və yuxarı ətraf ortezi, 2273 müxtəlif reabilitasiya vasitəsi, bel və boyun nahiyəsi üçün 91 korset, 516 cüt protez ayaqqabı, 1925  cüt ortopedik ayaqqabı, 312 dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi olan şəxslər həmçinin 914 qoltuqaltı və dirsəkaltı ağac, 524 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin ediliblər.
 
Ümumilikdə, 2019-cu ilin yanvar-aprel aylarında Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əlilliyi olan şəxslərə 10135 reabilitasiya vasitəsi verilib, 256 nəfərə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.
# 922
avatar

Oxşar yazılar