Məktəblilərimiz olimpiadada 5 medal qazandılar
04 may 2019 11:56 (UTC +04:00)

Məktəblilərimiz olimpiadada 5 medal qazandılar

Moldovanın paytaxtı Kişinyov şəhərində 36-cı Balkan Riyaziyyat Olimpiadası (BMO 2019) keçirilir. 
 
Lent.az xəbər verir ki, 30 aprel-5 may tarixlərində keçirilən olimpiadada ölkəmizi Abbas Məmmədov, Fərid İsmayılov , Fuad Anzurov, Murad Ağazadə, Ramil Cəbiyev və Anar Rzayev adlı məktəbliləridən ibarət 6 nəfərlik komanda təmsil edir. 
 
Azərbaycanlı məktəblilər olimpiadada uğurla çıxış edib. Belə ki, komandanın üzvləri 4 gümüş, 1 bürünc medal qazanıblar. 
 
Qeyd edək ki, olimpiadada qazanılan medalların sayına görə toplanan xal tarixdə ən yaxşı nəticəmiz sayılır. 
# 999
avatar

Aygün İbrahimli

Oxşar yazılar