<b>Sərhədi pozan Nepal vətəndaşları saxlanıldı</b>
04 may 2019 10:51 (UTC +04:00)

Sərhədi pozan Nepal vətəndaşları saxlanıldı

Azərbaycan  Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıq­lığı və pe­­­­şəkarlığı nəticəsində 6 nə­fər Nepal vətəndaşı tərəfindən dövlət sərhədinin pozulmasının qar­şısı alın­ıb.

DSX-dən Lent.az-a verilən məlumata görə, mayın 3-də Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsu­var rayonunun Biləsuvar kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan  İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Nepal vətəndaşları 1987-ci il təvəllüdlü Gana Dil Bahadur, 1994-cü il təvəllüdlü Bhote Mimang, 1997-ci il təvəllüdlü Limbu Khim Shambhu, 2000-ci il təvəllüdlü Limbu Sachit, 1987-ci il təvəllüdlü Angdembe Rom Kumar və 1985-ci il təvəllüdlü Gurung Dinesh sərhəd pozucusu qismində saxlanılıb.

Saxlanılan şəxslərin 22-25 aprel  tarixlərdə rəsmi qay­dada Qətərdən Doha-Bakı reysi ilə Azərbay­can Respubli­kasına gəlmələri müəyyən olunub.

Araşdırma zamanı Nepal vətəndaş­ları dövlət sərhədini pozaraq İrana, oradan isə Türkiyəyə və Avropa ölkələrinə keçmək niyyətində olduqlarını bildir­iblər.

 

 

 

 

 

# 912
avatar

Aygün İbrahimli

Oxşar yazılar