Filmlərimiz "Varəş" beynəlxalq film festivalında

 
“Varəş” (Yağış) beynəlxalq film festivalında azərbaycanlı rejissorların təqdim etdiyi filmlər tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
 
ONA-nın Tehran bürosunun məlumatına görə, festival beş gün müddətinə İranın  Mazandaran əyalətinin Babil, Ramsər və Sari şəhərlərində nümayiş olunub.
 
Bu ilki festivalda xüsusi  olaraq "Azərbaycanın sosioloji və antropoloji mövzuda olan filmləri" Xəzəryanı ölkələrin rejissorlarının  antropoloji mövzuda filmləri ilə tanışlıq məqsədilə nümayiş olunub. 
 
Beş gün davam edən festivalda Azərbaycandan Emin Mirbalayevin rejissorluq etdiyi "Azerbaijan mugham" , Şamil Əliyevin rejissorluq etdiyi "Azerbaijan carpet", Zəhra Mirrzazadənin rejissorluq etdiyi  "winged miracle" və Şamil Nəcəfzadənin "Azerbaijan cuisine" filmləri nümayiş olunub.
 
İranın İslam İrşad və Mədəniyyət Nazirliyinin Mazandaran əyaləti üzrə idarəsinin baş direktoru Mahmud Şaluyi festivalın bağlanış mərasimində ONA-ya açıqlamasında Azərbaycanlı rejissorların əsərlərini tərifləyib və deyib ki, tamaşaçıların böyük əksəriyyəti  Azərbaycan filmlərini böyük rəğbətlə qarşıladı. “Azərbaycan filmlərinin bu festivalda nümayiş etdirilməsi bizi sevindirdi. Azərbaycan İranla oxşar mədəniyyətə sahib olduğu üçün gələcək festivallarda daha aktiv iştirak edə bilər.”

LENT

26 May 2019
25 May 2019

Digər xəbərlər >>>