“Fani” siklonu 8 nəfərin həyatına son qoydu
04 may 2019 09:19 (UTC +04:00)

“Fani” siklonu 8 nəfərin həyatına son qoydu

Hindistanın Odişi ştatına yaxınlaşan “Fani” siklonu 8 nəfərin həyatına son qoyub.
 
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, Benqal körfəzindən gələn qasırğa Qərbi Benqaliya ştatını keçərək və Xaraqpur şəhərinə toxunaraq yarımada boyunca şimal-şərq istiqamətində irəliləyir.
 
Xatırladaq ki, “Fani” siklonu səbəbindən bir milyondan çox insan təxliyə edilib və sahildən kənarda müvəqqəti yaşayış düşərgələrinə yerləşdirilib. Hindistanın şərqində 220-dən çox qatarın hərəkəti dayandırılıb, Bhubaneşvar və Kəlküttə kimi bəzi iri şəhərlərdə aeroportlar bağlanıb.
 
“Fani” Benqal körfəzindən güclü yağışlar gətirir, küləyin sürəti isə saatda 200 kilometrə çatır. Ekspertlərin məlumatına görə, bu, son 20 ildə Odişi ştatında müşahidə edilən ən güclü siklon olacaq. 1999-cu ildə oxşar qasırğa ştatda 10 mindən çox insanın həyatına son qoyub.
# 948
avatar

Oxşar yazılar