[b]Bu günün havası[/b]
04 may 2019 09:03 (UTC +04:00)

[b]Bu günün havası[/b]

Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gündüz 19-24, Bakıda isə 22-24 dərəcə isti təşkil edəcək.
 
Rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu rayonlarda gündüz 23-28, dağlarda isə 13-17 dərəcə isti təşkil edəcək.
# 888
avatar

Aygün İbrahimli

Oxşar yazılar