Göyərtəsində 136 sərnişin olan “Boeing 737” təyyarəsi çaya düşdü
04 may 2019 08:05 (UTC +04:00)

Göyərtəsində 136 sərnişin olan “Boeing 737” təyyarəsi çaya düşdü

ABŞ-a məxsus “Boeing 737” sərnişin təyyarəsi qəza nəticəsində Florida ştatının Caksonvilla şəhərində çaya düşüb. 
 
ONA “RİA Novosti”-yə istinadla xəbər verir ki, bu barədə şəhərin meri Lenni Kerri Tvitter hesabında yazaraq təyyarənin fotoşəkillərini paylaşıb: "Kommersiya təyyarəsi çaya düşüb. Mən yanğınsöndürən və xilasetmə departamentimiz tərəfindən məlumatlandırılmışam. Onlar artıq hadisə yerindədirlər".
 
Bütün sərnişinlərin sağ olduğunu bildirən mer əlavə edib ki, təyyarə çayın dayaz hissəsinə düşüb, tam batmayıb. 
 
Yerli televiziya kanalı WJXT rəsmi mənbələrə istinad edərək göyərtəsində 136 nəfər olan "Boeing 737"-nin fotoşəkillərini yayımlayıb.
# 1151
avatar

Oxşar yazılar