“Yuventus” derbidə xal itirdi
04 may 2019 00:29 (UTC +04:00)

“Yuventus” derbidə xal itirdi

İtaliya A seriyasında XXXV tur start götürüb.
 
ONA-nın məlumatına görə, turun ilk günündə bir matç baş tutub.
 
Turin derbisində “Torino” “Yuventus”u qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib. Qonaqlar uzun müddət hesabda öndə olsalar da, Kriştianu Ronaldo çempionluğu öncədən rəsmiləşdirən “ağ-qaralar”ı məğlubiyyətdən xilas edib.
 
Qeyd edək ki, turun digər oyunları mayın 4-6-da keçiriləcək.
 
İtaliya A seriyası
 
XXXV tur
 
3 may
 
“Yuventus” – “Torino” – 1:1
Ronaldo, 84 - Lukiç, 18
# 1270
avatar

Oxşar yazılar