[b]Türkiyədə AĞIR YOL QƏZASI: çox sayda ölənlər, yaralananlar var[/b]
03 may 2019 21:12 (UTC +04:00)

[b]Türkiyədə AĞIR YOL QƏZASI: çox sayda ölənlər, yaralananlar var[/b]

Türkiyənin Tokat şəhərinin Reşadiye mahalında ağır yol qəzası baş verib. 
 
ONA Türkiyə KİV-ə istinadla verdiyi xəbərə görə sürücünün idarəetməni itirməsi nəticəsində avtobus aşıb. 
 
İlkin məlumata görə, qəza nəticəsində “34 HL 3817” dövlət nömrə nişanlı avtobusda olanlardan 7 nəfəri ölüb, 30 nəfəri isə yaralanıb.
 
Qəza saat 17:30 radələrində Reşadiye mahalının Güvendik kəndi yaxınlığında qeydə alınıb.
 
Yaralılar Reşadiye Dövlət Xəstəxanasına aparılıb.
 
Qəzanın başvermə səbəbləri araşdırılır.
# 1380
avatar

Oxşar yazılar