<b><span style="color:red;">Google-dan YENİ FUNKSİYA : məlumatlar avtomatik silinəcək</b>
03 may 2019 19:19 (UTC +04:00)

Google-dan YENİ FUNKSİYA: məlumatlar avtomatik silinəcək

Google şirkəti istifadəçi məlumatlarının avtomatik şəkildə silinməsini ayarlamağa imkan verəcək yeni funksiyanı təqdim edib.
 
Lent.az technote-a istinadən xəbər verir ki, bu funksiya vasitəsilə təkcə YouTube sorğuları və Google Assistant səsli əmrləri çıxmaq şərti ilə istifadəçi barəsində olan hər bir digər məlumat avtomatik olaraq silinəcək. 
 
Daha əvvəllər istifadəçinin məlumatlarını tam silmək üçün “Location History” və “Web and App Activity” ayarlarına baş çəkmək lazım olurdu.
 
İndi isə istifadəçi məlumatlarının silinməsi üçün ayrıca avtomatik funksiya fəaliyyət göstərəcək. Bununla yanaşı istifadəçi onun taymerini 3-18 ay zaman intervallarına da qoya bilər. Yeni funksiyaya baxmayaraq istifadəçi məlumatlarının ənənəvi silinməsi özəlliyi öz yerində qalacaq. Google söz verib ki, yeni funksiyanın aktivləşdirilməsindən sonra itifadəçinin yerləşdiyi yer barəsində məlumatlar, brauzer tarixçəsi və şirkətin öz serverində saxladığı digər istifadəçi aktivlikləri məlumatları istifadəçinin iştirakı olmadan silinəcək.
 
Yerdə qalan sadəcə olaraq YouTube tarixçəsi və Google Assistant səsli köməkçisinin səsli əmrləri olacaq. Onları istifadəçi özü silməli olacaq. Buna baxmayaraq xidmət keyfiyyətinin yüksəldilməsi üçün tərtibatçılar yenə də istifadəçilər barəsində bəzi məlumatları özlərində saxlayacaqlar. Avtosilinmə funksiyası yaxın zaman ərzində Android yenilənmələrindən birinə əlavə olunacaq.
# 1401
avatar

Oxşar yazılar