<b>Türkiyənin <span style="color:red;">ƏN BÖYÜK MƏSCİDİNİN  açılışına Ərdoğan da qatıldı - VİDEO</b>
03 may 2019 17:58 (UTC +04:00)

Türkiyənin ƏN BÖYÜK MƏSCİDİNİN açılışına Ərdoğan da qatıldı - VİDEO

İstanbulda yeni inşa edilmiş Böyük Çamlıca məscidinin açılışı olub.
 
Lent.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. 
 
Mərasimdə çıxış edən Baş nazir Ərdoğan məscidin böyük əhəmiyyətlindən danışıb. Deyib ki, İstanbulun hər nöqtəsindən görülə biləcək Böyük Çamlıca bütün ölkə vətəndaşlarının mülkiyyətidir.
 
Qeyd edək ki, Böyük Çamlıca Türkiyədə ən böyük məscid hesab edilir. Muzey və kitabxanası olan məscidin hündürlüyü 72 metrdir. Burada eyni anda 63 min nəfər namaz qıla biləcək. 
 
Xatırladaq ki, məscidin inşasına 6 il əvvəl başlanılmışdı.
 
 

# 1395
avatar

Oxşar yazılar