[b]Azərbaycanda problemli kreditlərin həcmi azalıb[/b]
03 may 2019 16:36 (UTC +04:00)

[b]Azərbaycanda problemli kreditlərin həcmi azalıb[/b]

Bu ilin aprelin əvvəlinə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1,558 mlrd. manat təşkil edib.
 
ONA-nın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, problemli kreditlərin həcmi cari ilin fevralın əvvəli ilə müqayisədə 1,1%, ilin əvvəli ilə müqayisədə 1,7%, ötən il analoji dövrü ilə müqayisədə isə 8,9% azalıb.
 
Qeyd edək ki martın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 11,9% təşkil edib.
# 1127
avatar

Oxşar yazılar