Messi Çempionlar Liqasında həftənin oyunçusu seçildi
03 may 2019 14:46 (UTC +04:00)

Messi Çempionlar Liqasında həftənin oyunçusu seçildi

Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşib.
 
ONA-nın məlumatına görə, yarımfinal mərhələsinin ilk oyunlarının ən yaxşısı adına İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi yiyələnib.
 
Argentinalı UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermənin qalibi olub. İngiltərə “Liverpul”u ilə ev oyununda (3:0) dubla imza atan L.Messi komanda yoldaşı Luis Suares, həmçinin Hollandiya “Ayaks”ının üzvləri Donni Van De Bek və Frenki De Yonqu qabaqlayıb.
# 531
avatar

Oxşar yazılar