İranın neft naziri OPEC-in baş katibini xəbərdar etdi
03 may 2019 14:26 (UTC +04:00)

İranın neft naziri OPEC-in baş katibini xəbərdar etdi

İranın neft naziri Bijən Namdar Zəngənə OPEC-in dağılması ilə bağlı xəbərdarlıq edib.
 
ONA-nın Tehran bürosunun məlumatına görə, nazir bu barədə fikirlərini OPEC-in baş katibi Mohammad Sanusi Barkindo ilə görüşdə ona çatdırdığını deyib.
 
Zəngənə deyib ki, bəzi ölkələrin təkqütblü davranışının bu təşkilatın dağılması ehtimalını daha da gücləndirdiyini baş katibə çatdırıb: “Görüşdə neft bazarındakı son durum, bazardakı problemlər  və digər məsələlər haqqında müzakirə apardıq”.
 
Nazir qeyd edib ki, İran öz mənafeyinə uyğun olaraq OPEC-in üzvüdür: “Əgər OPEC üzvlərindən hər hansı biri İranı hədələyərsə və İran üçün çətinlik yaradarsa, ölkəmiz bunu cavabsız qoymayacaq”.
# 554
avatar

Oxşar yazılar