<b>Martın 31-də keçirilən imtahanların nəticələri <span style="color:red;">AÇIQLANDI </b>
03 may 2019 14:21 (UTC +04:00)

Martın 31-də keçirilən imtahanların nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi martın 31-də keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə Lent.az-a DİMd-dən bildirilib.

Məlumata görə, martın 31-də 9 illik orta təhsil bazasında (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar, üzrlü səbəbdən 3,10 və 17 martda keçirilən buraxılış imtahanlarının (IX sinif) birinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahanı verən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün keçirilən imtahanların nəticələri elan olunub.

İmtahanlarda iştirak etmiş şəxslər (6920 nəfər) DİM-in internet saytında imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. Markerlər hər bir tapşırıq üzrə yazı işlərini məhz həmin tapşırığın xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan meyarlar əsasında qiymətləndirirlər.

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 8 may tarixində saat 10:00-dan 17:00-dək Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 6-7 may tarixlərində Dövlət İmtahan Mərkəzi və ya onun regional bölmələrində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Qeyd olunan müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Apellyasiya Komissiyasında şagirdin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apellyasiya Komissiyasının iclasında iştirak edə bilər.

 

 

 

 

 

# 634
avatar

Oxşar yazılar