Sumqayıt sakinindən yarım kiloqrama yaxın heroin götürüldü
03 may 2019 14:31 (UTC +04:00)

Sumqayıt sakinindən yarım kiloqrama yaxın heroin götürüldü

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Sumqayıt şəhəri ərazisində əməliyyat tədbiri keçiriblər. 
 
ONA-nın məlumatına görə, nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini A.İbrahimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın heroin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq  401 qramdan artıq heroin və elektron tərəzi aşkar edilərək götürülüb.
 
Faktla bağlı cinayət işi başlanılıb.
# 596
avatar

Aygün İbrahimli

Oxşar yazılar