<b>Onlayn media ilə bağlı təkliflər layihəsi hazırlanır</b>
03 may 2019 11:01 (UTC +04:00)

Onlayn media ilə bağlı təkliflər layihəsi hazırlanır

Azərbaycan Mətbuat Şurası tərəfindən Milli Məclisə təqdim olunması üçün onlayn media ilə bağlı təkliflər layihəsi hazırlanır.
 
ONA-nın məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
 
O bildirib ki, həmin təkliflər paketində onlayn media ilə bağlı bir sıra zəruri məsələlər öz həllini tapacaq:” Hazırda həmin təkliflərin hazırlanması üzərində iş gedir. Bildiyimiz kimi, onlayn media jurnalistikanın tərkib hissəsidir.  Həmin təkliflərə əsasən KİV-ə şamil olunan prinsiplər onlayn mediaya da aid ediləcək. Həmçinin həmin təkliflərdə onlayn medianın spesifik xüsusiyyətləri öz əksini tapacaq”.
# 445
avatar

Oxşar yazılar