Firəngiz Mütəllimovanın yubileyində nələr oldu?
03 may 2019 10:23 (UTC +04:00)

Firəngiz Mütəllimovanın yubileyində nələr oldu?

 

 

Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Firəngiz Mütəllimova 60 illik yubileyini qeyd edir.

 

Lent.az-ın məlumatına görə, bu münasibətlə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Firəngiz Mütəllimova ilə görüşərək, Mədəniyyət naziri Əbülfəs Qarayevin təbrik məktubunu ona təqdim edib.

 

Görüşdə görkəmli aktrisa, Xalq artisti Firəngiz Mütəllimovanın Akademik Milli Dram Teatrının səhnəsində yaratdığı bir-birindən maraqlı obrazlar haqqında söhbət açılıb, ona bundan sonrakı səmərəli və fədakar fəaliyyətində uğurlar arzu olunub.

 

Firəngiz Mütəllimova onun sənətinə olan diqqət və qayğısına görə nazir Əbülfəs Qarayeva və Xalq artisti Azər Paşa Nemətova təşəkkürünü bildirib.

 

Qeyd edək ki, Firəngiz Bəhər qızı Mütəllimovaya 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti və 2000-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adları verilib.

 

# 1091
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar