Milli Qvardiyanın hərbçiləri kütləvi şəkildə zəhərləndi - Ukraynada
02 may 2019 23:07 (UTC +04:00)

Milli Qvardiyanın hərbçiləri kütləvi şəkildə zəhərləndi - Ukraynada

 
Ukraynanın Lvov şəhərində Milli Qvardiyanın 57 üzvü zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.
 
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əsgərlər Pasxa bayramından sonra zəhərlənib. Onlar hərbi hissənin yeməkxanasında verilən yeməklərlə yanaşı, evdən gətirdikləri xörəklərlə də qidalanıblar və bundan sonra zəhərlənmə halı müşahidə edilib.
 
Zəhərlənmə faktı ilə bağlı hələlik konkret bir səbəb göstərilmir. Bildirilir ki, hərbçilərin vəziyyəti hazırda stabildir.
# 716
avatar

Oxşar yazılar