Hicabı təhqir edən aktrisa yenidən hakim qarşısında
02 may 2019 19:55 (UTC +04:00)

Hicabı təhqir edən aktrisa yenidən hakim qarşısında

Məşhur türk aktirsası Deniz Çakırın növbəti məhkəmə günü bəlli olub.
 
Lent.az axşam.az-a istinadən xəbər verir ki, hicablı qadınları təhqir etməsi iddiası ilə haqqında istintaq başlayan aktrisa 8 oktyabrda yenidən hakim qarşısına çıxacaq.
 
Qeyd edək ki, Dəniz bir müddət öncə getdiyi bir kafedə 6 hicablı qadına yaxınlaşaraq "Nə gəzirsiniz burada? Səudiyyə Ərəbistanına gedin" sözlərini deyib. Sonradan onun yaxınları yayılan iddiaların yalan olduğu barədə açıqlama versə də, artıq İstanbul Prokurorluğu Dəniz Çakırla bağlı istintaqa başlayıb.
# 943
avatar

Oxşar yazılar