"Messini “Yuventus”un 7 nömrəsi ilə bir tutmayın” - Balotelli
02 may 2019 19:08 (UTC +04:00)

"Messini “Yuventus”un 7 nömrəsi ilə bir tutmayın” - Balotelli

"Marsel”in futbolçusu Mario Balotelli “Barselona”nın superulduzu Lionel Messi haqda paylaşım edib. 
 
Lent.az qol.az-a istinadən bildirir ki, o, İnstagram hesabında argentinalı hücumçunun şəklini paylaşaraq onun "Yuventus"un hücumçusu Kriştiano Ronaldodan üstün olduğuna işarə vurub: “Futbol ədaləti naminə artıq Messini “Yuventus”un 7 nömrəsi ilə bir tutmayın”.
 
Qeyd edək ki, Messi ötən gün Çempionlar Liqasının yarımfinalında "Liverpul"la qalib gəldikləri matçda (3:0) dublu və gözəl oyunu ilə bir daha adından söz etdirib.
# 859
avatar

Oxşar yazılar