<b><span style="color:red;">“Facebook Messenger” , <span style="color:red;">“Instagram”  və <span style="color:red;">“WhatsApp”  arasında mesaj mübadiləsi mümkün olacaq</b>
02 may 2019 19:51 (UTC +04:00)

“Facebook Messenger”, “Instagram”“WhatsApp” arasında mesaj mübadiləsi mümkün olacaq

Mark Sukerberq "F8" tərtibatçılar konfransında "Facebook Messenger", "Instagram" və "WhatsApp" arasında mesaj mübadiləsi funksiyasını istifadəyə verməyə dair söz verib.
 
 
Lent.az ictnews-a istinadən xəbər verir ki, sözügedən platformanın istifadəyə verilmə müddəti hələ ki dəqiq bilinmir. "Engadget" resursunun məlumatına görə, bu, artıq 2019-cu ildə reallaşa bilər.
 
 
İstifadəçilər "Facebook"a məxsus 3 müxtəlif kommunikasiya platforması arasında mesajlar göndərə və qəbul edə biləcəklər.
# 743
avatar

Oxşar yazılar