Fəhlə ölümcül xəsarət aldı
06 may 2019 09:08 (UTC +04:00)

Fəhlə ölümcül xəsarət aldı

 
Mingəçevirdə tələbə şəhərciyində müvəqqəti məskunlaşan əslən Laçın rayonundan olan fəhlə ölümcül xəsarət alıb
 
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında, Gəncə şosesində yerləşən tələbə şəhərciyində baş verib.
Xəsarət alan Mingəçevirdə işləməyə gələn Ruslan Qəhrəmanovdur.
Əldə edilən ilkin məlumata əsasən, gecə Ruslan Qəhrəmanov maşından tələsik düşərək qaçmağa başlayıb. Bu zaman dəmir sütuna çırpılan fəhlə baş, göz və boyun nahiyəsindən ölümcül xəsarət alıb. 
Yaralı dərhal xəstəxanaya çatdırılaraq əməliyyat olunub.
Durumu ağır qiymətləndirilir.
Hadisənin tam olaraq necə və hansı zəmində baş verdiyi məlum deyil.
Qeyd edək ki, əslən Laçın rayonundan olan Ruslan Qəhrəmanov Ağdamda yaşayır. Mingəçevirə isə işləmək üçün gəlib.
Faktla bağlı araşdırma aparılır.
# 1029
avatar

Yalçın UĞUR

Oxşar yazılar