Gürcüstan parlamentində <span style="color:red;">İNSİDENT
02 may 2019 15:12 (UTC +04:00)

Gürcüstan parlamentində İNSİDENT

 
Gürcüstanda “İşğalçı Rusiya” sivil hərəkatının nümayəndələri ilə parlamentdəki “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze arasında insident yaşanıb.
 
ONA-nın Gürcüstan bürosunun xəbərinə görə, hadisə nümayişçilərin Salome Zurabişvilinin Gürcüstanda ABŞ hərbi bazasının yerləşdirilməyəcəyi haqqında bəyanatına “Gürcü Arzusu” partiyasının xüsusi münasibət bildirməsini tələb etməsindən sonra baş verib.
 
Nümayişçilər Gürcüstan prezidentinin fikirlərinin utancverici olduğunu və ölkənin imicinə zərbə vurduğunu deyiblər. Mdinaradze isə bildirib ki, “bu, son dərəcə həssas məsələdir və müzakirəsi məsləhət deyil”.
 
“Biz dünən parlamentdəki çoxluq olaraq bu məsələni qaldırmaq istədik, amma Gürcüstanın dövlət maraqlarına cavab verməyəcəyini düşündüyümüzə görə fikrimizdən daşındıq. Parlamentdəki müxalifət partiyaları da bizimlə eyni düşünür. Təəssüf ki, bu durum PR kampaniyaları üçün istifadə edilir” – deyə Mdiranadze qeyd edib.
# 942
avatar

Oxşar yazılar