DİM növbəti SAT imtahanı keçirəcək
02 may 2019 14:38 (UTC +04:00)

DİM növbəti SAT imtahanı keçirəcək

Mayın 4-də Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçiriləcək.
 
Bu barədə Lent.az-a DİM-dən bildirilib.
 
Məlumata görə, imtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 08.30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).
 
SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı keçiddən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/sat/
 
 
# 650
avatar

Aygün İbrahimli

Oxşar yazılar