"Kişi kimi kişiyəm, namusum da yerində" - Mədətovdan SƏRT SÖZLƏR
02 may 2019 11:53 (UTC +04:00)

"Kişi kimi kişiyəm, namusum da yerində" - Mədətovdan SƏRT SÖZLƏR

Xəbər verdiyimiz kimi, "Qarabağ"ın futbolçusu Mahir Mədətovun valideynləri - şou-biznesin məşhur cütlüyü prodüser Anar və Elnurə Mədətovlar ayrılmaq qərarına gəliblər. 
 
Məlumatda Anar bəy vizajist Samirə Abbasova ilə ailə qurmağa hazırlaşdığı və bunun Mahiri özündən çıxardığı bildirilir. 
 
Gənc futbolçunun qəzəblənərək atasının soyadından imtina etdiyi də yayılan xəbərlər arasındadı. 
 
Məsələ aydınlıq gətirmək üçün Anar Mədətovla əlaqə saxladıq. Anar bəy saytımıza açıqlamasında Mahirin soyadını dəyişməsi xəbərinə aydınlıq gətirib, eləcə də insanların belə həssas mövzu ilə bağlı tənqidlərinə cavab verib:
 
"Mahiri belə dediyini qulaqları ilə eşidən olubmu? Dünyada oliqarxlardan tutmuş, iş adamları, futbolçular, məşqçilər ikinci, üçüncü dəfə evlənirlər. Niyə bunu yazmırlar? Anar Mədətovu gördülər? Ey yazan bədbəxtlər, ağıl verənlər, siz özünüzə baxın görün siz nə edirsiniz? Mən Anar Mədətov nə etmişəm, ailəmimi küçədə saxlamışam? Hər bir şeyi qoymuşam və demişəm hamısı uşaqlarımındı. İndi kim ona ağıl verib, hansısa jurnalist, hansısa stilist, modelyer... Sabah bambılı müğənnilərin "raskrutkasını" istəyəcəklər ha, yenə də gələcəklər Anar Mədətovun yanına. Onda utanmayacaqlar?
 
Mədətov soyadı brend olub. Birinci Anar Mədətov, ikinci Mahir Mədətov o soyadı brend edib. İndi yalandan Mahirin adından nəsə demək düzgün deyil. Uşaqdı, stress keçirib. Bunu yazmağa utanmırlar? Burada nə var axı? Uşaqlarımı çölə atmışam, başqaları kimi evi əllərindən almışam, pulları əllərindən almışam? Həyatdı. Camaat 65 yaşında boşanır. Hələ yazırlar Anar Mədətov toy edəcək. Siz o vaxt yazın ki, Anar Mədətov sizə dəvətnamə verəcək. Bəlkə Anar onların toylarına böyük pullar yazdığına görə, bunlarda vicdan var, istəyirlər o pulları qaytarsınlar. Onu da onlara halal edirəm. 
 
Bizim Azərbaycanda yıxılan insana vurmağa öyrəşiblər. Ancaq onu bunu pisləsinlər. Yazdız, sonra nə olacaq? Heç kim mənim ağlımdan, namusumdan şüphələnə bilməz. Kişi kimi kişiyəm, namusum da yerində, mərdliyim də. Vətən borcunu da çoxlarından daha çox ödəmişəm də, qayıtmışam da. 
 
Mahirə də psixoloji təsir edən məni istəmiyənlərdi. Məni istəmiyənlər də bilirəm kimlərdi. Elə Mahirin öz dayısı. Mənim uşağımı məhv etməklə, nə etmək istəyir? Öz uşaqları gün görməyib deyə, mənim oğlumu məhv etmək, pulunu mənimsəmək istəyir? Utanmır o? Nə qədər də desələr Mahir soyadı dəyişəcək, qan ki, dəyişmir. 
 
Mənim bu sözlərimi də sonda qeyd edin: "Mənim əzizlərim, sizlərin problemləriniz məndən də çoxdu. Müxbir mənə zəng edib səsimi yazır. O əvvəlcə mənə məlumat verməlidir. Qorxmurlar ki, bu cinayət işidir. Ay mənim səsimi yazan, ay məndən yazan, sənin evində problem məndən də çoxdu. Toyuna 3 gün qalmış toyu ləğv etdilər. Sən get toyuna hazırlaş, ay "gəlin" müxbir. Efirdə məndən danışanlar, işinin peşəkarlığını ilə məşğul ol ki, səni televiziyadan çıxartmasınlar. Onun-bunun torbasını tikmə. Tənqid edənlər öz həyatlarına baxsınlar. 
 
Mahir Mədətov, Aişə Mədətova mənim uşaqlarımdır. Heç kim mənim ailəm haqqında heç bir söz deyə bilməz. Elnurə Mədətova da onların anasıdır. Zəhmət olmasa, bu mövzunu daha bağlayın. Hər kəs öz işi ilə məşğul olsun. O ki qaldı, mənim şəxsi həyatıma, inşallah nəsə baş versə, məlumat alacaqlar."
 
(Sport7.az)
 
 
Anar Mədətovun ilk ailəsi
 
 
Anar Mədətovun yeni evləndiyi vizajist Samirə Abbasova
 
 
Anar Mədətovun həyat yoldaşı Elnurə Mədətova ilə
 
 
 
# 2474
avatar

Oxşar yazılar