<span style="color:red;">Topaz Premyer Liqası:  növbəti turun hakimləri açıqlandı
02 may 2019 11:25 (UTC +04:00)

Topaz Premyer Liqası: növbəti turun hakimləri açıqlandı

Topaz Premyer Liqasında XXVII turun təyinatları açıqlanıb.
 
ONA-nın məlumatına görə, mayın 5-də baş tutacaq qarşılaşmaların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub.
 
Topaz Premyer Liqası
XXVII tur
5 may (bazar)
 
“Keşlə” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Əli Cəbrayılov, Kamal Umudlu
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“ASK Arena”, 17:00 
 
“Qəbələ” – “Neftçi”
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Eyyub İbrahimov, Xəlil Xəlilov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Qəbələ şəhər stadionu, 18:00 (“CBC Sport”/canlı)
 
“Qarabağ” – “Səbail”
Hakimlər: Rövşən Rəcəbov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: İlham Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu, 18:00 (“CBC Sport”/canlı) 
 
“Sumqayıt” – “Sabah”
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Elçin Məsiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena”, 20:00 (pfl.az/canlı)
# 559
avatar

Oxşar yazılar