<b>Bakıda keçiriləcək Avropa Liqasının final oyununun biletləri <span style="color:red;">SATIŞDA </b>
02 may 2019 10:46 (UTC +04:00)

Bakıda keçiriləcək Avropa Liqasının final oyununun biletləri SATIŞDA

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa biletlər məhdud sayda satışa çıxarılıb.
 
 
Təşkilat Komitəsindən Lent.az-a verilən məlumata görə, bu gündən şatışa 5000 bilet çıxarılacaq.
 
 
Qarşılaşmamı izləmək istəyənlər şəxsiyyət vəsiqələri ilə iTicket.az-ın “Gənclik Mall” və “Port Baku Mall”da yerləşən kassalarına yaxınlaşaraq bilet əldə edə bilərlər.
 
 
Birinci kateqoriya 280 AZN (140 AVRO), ikinci kateqoriya 180 AZN (90 AVRO), üçüncü kateqoriya 100 AZN (50 AVRO), dördüncü kateqoriya isə 60 AZN (30 AVRO) dəyərində olacaq.
 
 
Hər kəs özü də daxil olmaqla, yalnız 4 bilet əldə edə bilər. 
# 614
avatar

Səlcuq Elçin

Oxşar yazılar