ÇL: “Barselona” “Liverpul”u darmadağın edib
02 may 2019 08:55 (UTC +04:00)

ÇL: “Barselona” “Liverpul”u darmadağın edib

 
Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
 
ONA-nın məlumatına görə, ikinci oyun günündə “Barselona” İspaniyada “Liverpul”u qəbul edib.
 
“Nou Kamp”dakı görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. İlk yarıda hesabı açan kataloniyalılar fasilədən sonra vurulan qollarla rəqibini darmadağın ediblər – 3:0. Komandalar arasında İngiltərədə keçiriləcək cavab oyunu mayın 7-də baş tutacaq.
 
Qeyd edək ki, bir gün öncə keçirilən yarımfinalın ilk oyununda “Tottenhem” (İngiltərə) “Ayaks”a (Hollandiya) 0:1 hesabı ilə uduzub.
 
Çempionlar Liqası
Yarımfinal, ilk oyun
23:00. “Barselona” (İspaniya) – “Liverpul” (İngiltərə) – 3:0
Qollar: Suares, 26, Messi, 75, 82
Baş hakim: Byorn Kuypers (Hollandiya)
Barselona. “Nou Kamp” stadionu
# 731
avatar

Oxşar yazılar