Avropa Əlamətdar Qəbiristanlıqlar Assosiasiyasının prezidenti Quba məzarlığında - FOTO
01 may 2019 23:00 (UTC +04:00)

Avropa Əlamətdar Qəbiristanlıqlar Assosiasiyasının prezidenti Quba məzarlığında - FOTO

Azərbaycanda səfərdə olan Avropa Əlamətdar Qəbiristanlıqlar Assosiasiyasının prezidenti, xanım Lidiya Pliberşek Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət edib.
 
ONA-nın şimal bürosunun verdiyi məlumata görə, mayın 2-dən 3-dək UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nun birgə tərəfdaşlığı ilə keçiriləcək V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədi ilə ölkəmizdə səfərdə olan Pliberşekə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı haqqında məlumat verilib.
 
Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb.  
 
Diqqətə çatdırılıb ki, burada aparılmış tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalığı aşkar olunub. Burada azərbaycanlılarla bərabər, Qubada yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.
 
Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan kompleks 2013-cü il sentyabrın 18-də açılıb.
# 681
avatar

Oxşar yazılar