Mədətovun anasından gəlini ilə bağlı şok sözlər: “Anarın hər şeyini alıb”
01 may 2019 21:40 (UTC +04:00)

Mədətovun anasından gəlini ilə bağlı şok sözlər: “Anarın hər şeyini alıb”

Prodüser Anar Mədətovun həyat yoldaşı Elnurə Mədətova ilə ayrılma xəbəri ətrafında qalmaqal bitmir.
 
Məsələ ilə bağlı bu dəfə Anarın anası, professor Mahirə Mədətova danışıb. Aparıcı Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişində yer alan Mədətova bunları açıqlayıb:
 
"Onlar 22 ildir ki, evlidir. Mən oğlumun evinə 20 ildir ki, getmirəm. Elnurə və ailəsinin borcu çox idi. Hamısını da yıxırdılar Anarın boynuna.  Niyə mənim oğlumun qazancını başqaları yeməlidir? Elnurə Zaqataladan gəlmişdi, sonradan Bakıda, Türkiyədə evlər aldılar. 
 
Onlar 10 ildir ki, ayrı yaşayırlar. Oğlum hər şeyi ona verib evdən çıxıb. Amma Elnurə Anarın sürdüyü maşına da həbs qoydurub. İndi də Mahiri Anarın yerinə qoyublar, maaş kartı da əllərindədir".
 
Mahirə Mədətova oğlunun boşanmadan ailə qurmağa hazırlaşmasına da münasibət bildirib:
"Qız tərəfdən dedilər ki, babamız ağır vəziyyətdədir, ölür. Ona görə belə alındı. Amma toy olmayacaq".
 
(axşam.az)
# 2496
avatar

Oxşar yazılar