Boksçularımız “Heydər Əliyev Kuboku-2019” beynəlxalq turnirində 15 medal qazanıblar
01 may 2019 21:31 (UTC +04:00)

Boksçularımız “Heydər Əliyev Kuboku-2019” beynəlxalq turnirində 15 medal qazanıblar

 
Yeniyetmə oğlan boksçular arasında “Heydər Əliyev Kuboku-2019” beynəlxalq turniri başa çatıb. 
 
ONA-nın məlumatına görə, Xırdalanda Abşeron Olimpiya İdman Kompleksində baş tutan ənənəvi yarışda Azərbaycan yığması ilə yanaşı, Qazaxıstan, Özbəkistan, Ukrayna, Rusiya, Türkiyə, Gürcüstan və Qırğızıstan milliləri güclərini yoxlayıblar.
 
Komandamız turnirdə 4 qızıl, 2 gümüş və 9 bürünc medal qazanıb. Millimizin heyətində Nicat Hüseynov (48 kq), Zaur Qəhrəmanov (50 kq), Turqay Mirzəyev (57 kq) və Cəfər Heydərli (80 kq) bütün rəqiblərinə qalib gələrək, çempion tituluna yiyələnib. Yalnız finalda məğlub olan Səid Abdullayev (48 kq) və Əli Gözəlov ikinci yeri tutublar. Digər boksçularımızdan Nicat Ağakişiyev (46 kq), Samin Qasımov (48 kq), Fəqan Məmmədov (50 kq), Qasım Qasımov (52 kq), Elmar Abbasov (54 kq), Cavid Şahbazbəyli (57 kq), Nicat Qurbanov (60 kq), Fərid İmaməliyev (63 kq) və Səyadulla Nəsirov (66 kq) bürünc medalla kifayətləniblər.
 
Bu nəticə Azərbaycanı son illərdə olduğu kimi, yenə komanda hesabında birinci edib. Yığmamız 43 xal toplamaqla, həmçinin medal sayında rəqiblərini qabaqlayıb. Yarışda ikinci yer Özbəkistana qismət olub. Asiyalılar “Heydər Əliyev Kuboku-2019”də 31 xal toplayıblar. Onlar turniri 5 qızıl və 2 bürünc medalla bitiriblər. İlk “üçlüy”ü isə ötən il olduğu kimi, bu dəfə də Ukrayna qapayıb. Bu komanda ölkəmizdə 17 xal yığıb (2-0-2). 
 
Qaliblərə diplom və kubok verilib.
 
Qeyd edək ki, 63 kq çəki dərəcəsində çempion olan qazaxıstanlı Toxtasin Babaxanov turnirin ən texnikalı boksçusu seçilib.
 
Bütün mükafatçılar
46 kq
1. Nicat Hüseynov (Azərbaycan)
2. Çinar Mehmet (Türkiyə)
3. Bekzod Xoldarov (Özbəkistan)
3. Nicat Ağakişiyev (Azərbaycan)
 
48 kq
1. Asrorbek Şoxobiddinov (Özbəkistan)
2. Səid Abdullayev (Azərbaycan)
3. Samin Qasımov (Azərbaycan)
3. Kudretbek Sulaymanov (Qırğızıstan)
 
50 kq
1. Zaur Qəhrəmanov (Azərbaycan)
2. Yılmaz Çokay (Türkiyə)
3. Denis Rozdolski (Ukrayna)
3. Fəqan Məmmədov (Azərbaycan)
 
52 kq
1. Joxunmurod İmomaliyev (Özbəkistan)
2. Əli Gözəlov (Azərbaycan)
3. Qasım Qasımov (Azərbaycan)
3. Öztürk Daqanay (Türkiyə)
 
54 kq
1. Giorgi Sadjaya (Gürcüstan) 
2. İslam Maşayev (Qazaxıstan)
3. Elmar Abbasov (Azərbaycan)
3. İxtiyar Nişonov (Qırğızıstan)
 
57 kq
1. Turqay Mirzəyev (Azərbaycan)
2. Elnur Suyunbay (Qazaxıstan)
3. Lazizbek Fattoyev (Özbəkistan)
3. Cavid Şahbazbəyli (Azərbaycan)
 
60 kq
1. Bekzod Bekmuradov (Özbəkistan)
2. Kalkan Bedirxan (Türkiyə)
3. Nicat Qurbanov (Azərbaycan)
3. Renat Temirbeyev (Rusiya)
 
63 kq
1. Toxtasin Babaxanov (Qazaxıstan)
2. Kanlı Bilge (Türkiyə)
3. Fərid İmaməliyev (Azərbaycan)
3. Giorgi Axalaya (Gürcüstan)
 
66 kq
1. Aleksandr Balabin (Ukrayna)
2. Saqin Uulu Satirbaldi (Qırğızıstan) 
3. Mehmet Orxan (Türkiyə)
3. Səyadulla Nəsirov (Azərbaycan)
 
70 kq
1. Loqin Petrov (Özbəkistan) 
2. Terzi Alperen (Türkiyə) 
3. Kabatay Uulu Muraş (Qırğızıstan)
3. Xasmaqomed Cavatxanov (Rusiya)
 
75 kq
1. İqor Şarov (Ukrayna)
2. Nurdos Kuaniş (Qazaxıstan)
3. Saiirlan Nurbekov (Qırğızıstan)
3. Deniz Firat (Türkiyə)
 
80 kq
1. Cəfər Heydərli (Azərbaycan) 
2. Xalit Aliyev (Qırğızıstan) 
3. Türkoğlu Tayyar (Türkiyə)
3. Canbulat Qalimov (Qazaxıstan)
 
+80 kq
1. Cahongir Zokirov (Özbəkistan) 
2. Çelik Burak (Türkiyə) 
3. Tornike Djioşvili (Gürcüstan)
3. Valeri Şulxa (Ukrayna)
# 725
avatar

Oxşar yazılar