<b>Məhkumların əl işləri – <span style="color:red;">ELEKTRON SƏYAHƏT </b>
01 may 2019 21:00 (UTC +04:00)

Məhkumların əl işləri – ELEKTRON SƏYAHƏT

Cəzaçəkmə müəssisələrində məhkumların islah olunması, onların cəza müddətini başa vurduqdan sonra azadlığa çıxaraq cəmiyyətə normal adaptasiya olunmasının ən zəruri, optimal istiqamətlərindən biri də məhkumları əməyə, zəhmətə həvəsləndirməklə, onlarda sənətə maraq yaratmaqla “əl işləri”nin – “sənət əsərləri”nin ortaya çıxarmalarına şəraitin yaradılmasıdır. 
 
Əvvəlcə dırnaqarası əl işi, sənət əsəri dediyimiz nümunələr sonradan sözün əsl mənasında mükəmməl, bənzərsiz, valehedici, hətta çox baha qiymətlə dəyərləndirilən suvinirlərə, maketlərə və s. çevrilir.
 
Belə olan halda halal zəhmətlə qazanc əldə edən keçmiş məhkum “qaranlıq keçmiş”nin üstündən xətt çəkmiş də olar. 
 
Elə zənn etməyin ki, bu mövzuya toxunmaqla Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin nəzarətində olan cəzaçəkmə müəssisələrindəki məhkumlarla bağlı reportajı sizə təqdim edəcəyik. 
 
Əsla yox, sadəcə, sözügedən nazirliyin rəsmi internet səhifəsində yerləşdirilmiş “Həbsxana incəsənəti” bölməsində əks olunan məhkumların əl işlərindən ibarət inciləri diqqətinizə çatdırmaq istərdik. 
 
Məlumat üçün bildirək ki, burada yer almış “həbsxana sənət əsərləri”nin hər birinin özünəməxsus qiymətləri göstərilib. 
 
Əlavə edək ki, təsbehdən tutmuş xalça, mətbəx mebelinə qədər 15 - 1350 manat civarında dəyişən qiymətlərə təklif edilən hər bir malın kodu,  adı, hazırlandığı həbsxana, ölçüləri, material növü,  kateqoriyası, çəkisi, anbardakı sayı və s. göstərilib. 
 
Maraqlı məqamlardan biri də odur ki, elə əl işləri var ki, onlara endirimlər də təklif edilib. 
 
Lent.az həmin sənət incilərini təqdim edir:
 
# 957
avatar

Oxşar yazılar