<b>Lalə Məmmədovanın keçmiş ərindən <span style="color:red;">ŞOK SÖZLƏR: <span style="color:red;"> "Qızım məni söyür"  </b>
01 may 2019 17:06 (UTC +04:00)

Lalə Məmmədovanın keçmiş ərindən ŞOK SÖZLƏR: "Qızım məni söyür"

“Anamı təhqir etdiyinə görə, ondan ayrıldım”.

 

Lent.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Lalə Məmmədovanın keçmiş həyat yoldaşı İlham Qafarov “Çıxış yolu” verilişində deyib. O bildirib ki, boşanmağa səbəb L.Məmmədovanın davranışları olub:

 

 “Aramızdakı problem 2012-ci ildə başlayıb. İcazəsiz qızımı da götürüb rəfiqəsinin evinə getdi. O, ərə gələndə valideynlərim sağ idi. Atamla anam kirayədə, biz isə qonşuluqda yaşayırdıq. Atam rəhmətə gedəndən sonra anam yanımıza köçdü. Problemlər də bundan sonra başladı. Lalə başladı əsəbi olmağa. Evin yeganə oğluyam, ailə quranda işləyirdim. O, bizim evə gələndə iki çemodanla gəlmişdi. Burada yaşayandan sonra məşhurlaşdı.

Mənə şər atdılar ki, işləməyib, onun hesabına yaşamışam. Bu, absurd bir şeydir. Ya bu şayiəni özü, ya da camaat yayıb. Biz ayrılandan sonra bu şayiə yayılıb. İllər əvvəl məclislərin birində çəkilən fotoya görə aramızda soyuqluq yarandı. Beş dəfə onu qaytarmaq istədim, məni qovdu. 2013-cü ildə onu evə qaytardım. Özünü əsəbi aparırdı. Gördüm ki, dəyişib. Lalə dedi ki, ev almışıq, 43 min çatmır. Mənə dedilər ki, sən verməlisən. Mən də ailəmin dağılmaması üçün maşını satıb, o pulu ödədim. Orada sənədlər də var. Anası və Lalə iddia edir ki, sən bu pulu verməmisən. İkinci uşağa hamilə oldu. İki ay sonra dava etdi, çıxdı getdi. Anama ağır söz dedi, mən də qərara gəldim ki, Lalə ilə yaşamayacam. Anamı təhqir etdiyinə görə, ikinci uşağımla maraqlanmadım. Doğum evinə getmədim. Mənə həmişə deyirdi ki, qocasan. Əgər qocayamsa, niyə ərə gəlmişdin? Əgər pis idimsə, səkkiz il sonra niyə məndən uşaq dünyaya gətirirdin?
                                                                                     
Qızım mənə səs atıb, təhqir edir. Belə tərbiyə alıb. Üç min aliment yığışıb, onu alıb. İkinci dəfə evlənmişəm deyə, aliment məsələsini qaldırıb.

Lalə mənim evimdən çıxsın, aliment borcumu hissə-hissə ödəyirəm. Məni həbs etdirmək istəyir. Səhər qızlarına elçi gələndə səni alqışlamayacaqlar. Qoy, yaşayaq da! Mənə qarşı qara piar aparmayın, alınmayacaq. Mən o təqdim edilən insan deyiləm. Düzgünlüyün tərəfdarıyam, alimenti də, borcu da ödəyəcəm”.

 

 

 

# 3165
avatar

Yalçın UĞUR

Oxşar yazılar