<b>Əzizlərini itirən müğənnimiz efirdə <span style="color:red;">AĞLADI : "...bu, nə günə qalıb" - <span style="color:red;">VİDEO</b>
01 may 2019 14:56 (UTC +04:00)

Əzizlərini itirən müğənnimiz efirdə AĞLADI: "...bu, nə günə qalıb" - VİDEO

Lider TV-nin “Dostlar” verilişinin növbəti buraxılışı yayımlanıb.

 

Lent.az-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonaqları müğənnilər Sahib İbrahimov, Zahidə Günəş olub.

 

Proqramda müğənni Zahidə Günəşin həyat yolu barədə süjet yayımlanıb. Bu zaman ifaçı göz yaşlarına hakim ola bilməyib: “Ağlayıram, çünki yaralarım hələ sağalmayıb. Efirlərə dəvət edirdilər, çıxmırdım. Həmin ərəfəsində yazdılar ki, bu nə günə qalıb. Qəlbimə dəyənlər çox oldu. Mən yaşadığımı siz yaşayın, görün necə olacaqsınız. İstəmirəm ki, mənim başıma gələnlər kiminsə başına gəlsin. İnsan əzizlərini itirəndə necə olmalıdır ki? Güclü insanam ki, hələ də ayaq üstə qalmışam. İşləməsəm, övladıma kim baxar? Mən müğənniyəm, oxumalıyam. Halal zəhmətimlə övladıma baxıram. Oğlum mənə deyib ki, bir də efirdə ağlasan, qapını bağlayacam, səni efirə qoymayacam”.

 

Xatırladaq ki, Z.Günəş illərlə övlad həsrətində olub, uşağı dünyaya gələndən sonra isə boşanıb. Qardaşının ailəsində olan faciəyə görə uzun illər sənətdən uzaq düşüb.

 

Qeyd edək ki, “Dostlar” verilişi cümə günü 22:00-da, təkrarı isə şənbə günü 17:30-da yayımlanır. Verilişin informasiya dəstəkçisi Lent.az-dır. 

 

 

# 1534
avatar

Yalçın UĞUR

Oxşar yazılar